Odunçuluqla həyatını qazanan bir şəxs vardı. Allaha qarşı qulluq" vəzifəsini edər, kimsənin turşuna şirininə qarışmazdı. Bu zahit adamın oldugu kəndin yaxınında bir kənd daha vardı, onlar da dağda müqəddəs deyə qəbul etdikləri bir ağaca tapınarlar, ondan murad gözləyərdilər.
Odunçu, bir gün: «Bunların Allah deyə tapındıqları ağacı kəsib odun edim, bazarda sataraq çörək pulu qazanaram; həm də, bir qövmü Allaha üsyandan qurtarmış olaram» deyə düşünərək Allah rizası üçün ağacı kəsməyə qərar verdi.
Dağa doğru gedərkən qarşısına əcaib sifətli murdar bir adam çıxaraq hara getdiyini soruşdu. Odunçu:
- Xalqın Allah deyə tapınaraq Allaha üsyan etdikləri ağacı kəsməyə gedirəm, dedi. Adam, odunçuya:
- Mən şeytanım... O ağacı kəsməyinə icazə vermirəm, dəyincə zahit odunçu, şeytana çox hirsli idi.
Öldürmək üçün hücum edərək yerə yatırtdı və üzərinə oturub xəncərini boğazına söykədi.
Şeytan zahidə:
- Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər icazə vermişdir. Lakin gəl o ağacı kəsmə, səninlə razılaşaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən imtina et. Həm əl ağaca tapınırmış, günah işləyirmiş sənin neyinə gərək, qızılını al işinə bax, dedi.
Adam şeytanı buraxmışdı. Şeytan adama, axşam yatıb səhər yastığının altına baxmasını söylədi və razılaşaraq ayrıldılar.
Adam ağacı kəsməkdən imtina edib, evinə dönmüşdü.. Axşam yatıb səhər yastığının altına baxdığında, qızılı gördü. Məmnun olmuşdu, ikinci gün oldu. Lakin bu səfər şeytan qızılı qoymamışdı. Adam hirslenib baltasını götürdü dağa ağacı kəsməyə getdi. Lakin yolda yenə şeytanla qarşılaşdılar. Adam şeytana yaxşıca hirsli idi. Onu gorcek:
- Səni saxtakar səni, aldatdın deyilmi məni?., deyərək üzərinə hücum etdi.
Lakin əvvəlkinin tam tərsinə bu səfər şeytan adamı tutduğu kimi altına aldı. Adam çaşmışdı. Bu necə hal deyər kimi şeytanın yüzünə baxırdı. Şeytan:
- Teecublendin ? Nə üçün mənə məğlub olduğunun səbəbini deyim: Dünən sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni deyil mən, dünyadakı bütün şeytanlar bir araya gəlsək yenə məğlub ede bilməzdik. Lakin indi Allah rizası üçün deyil də, sənə qızılı vermədiyim üçün hirslendiyinden gedirsən, buna görə mənə məğlub oldun və sənə ağacı kəsməyinə icazə verməyəcəyəm, dedi.